Sinvarı öldürmək üçün 30 min insanın yaşadığı ərazini bombaladılar

10:45 - 22 Dekabr 2023

Sinvarı öldürmək üçün 30 min insanın yaşadığı ərazini bombaladılar

İsrail Qəzzanın şimalındakı Ər-Rimal rayonunda hökumət və HƏMAS qurumlarının və onlarla binanın yerləşdiyi, demək olar ki, bütün ərazini bombalayaraq məhv edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin hədəf aldığı və 30 min insanın yaşadığı bölgədə HƏMAS-ın Qəzza rəhbəri Yəhya Sinvar və Siyasi Büro rəhbəri İsmayıl Heniyenin ofislərinin yerləşdiyi öyrənilib.

Hücumun baş verdiyi “Fələstin Məscidi Meydanı” kimi tanınan ərazidə onlarla bina və yüzlərlə yaşayış evi olub.

Digər tərəfdən, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 20 mini keçib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az