Məşhur dünya ulduzu cinsi təcavüzdə ittiham olundu

13:17 - 22 Dekabr 2023

Məşhur dünya ulduzu cinsi təcavüzdə ittiham olundu

Dünyaca məşhur "Sürətli və Qəzəbli" film seriyasında rol alan Vin Dizel 13 il əvvəl keçmiş köməkçi Asta Jonassona qarşı cinsi təcavüzdə ittiham olunub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əsl adı Mark Sinclair olan Vin Dizelin vəkili Bryan Freedman CNN televiziyasına açıqlama göndərərək müvəkkilinin bütün ittihamları rədd etdiyini bildirib.

Jonasson ərizəsində Dizelin 2010-cu ildə "Sürətli və Qəzəbli 5: Rio soyğunu” filminin çəkilişləri zamanı Atlantadakı bir oteldə ona cinsi təcavüz etdiyini və məşhur aktyorun əlindən çətinliklə xilas olduğunu iddia edib.

Jonasson həmçinin bildirib ki, Dizelin bacısı Samanta Vinsent hücumdan saatlar sonra ona zəng edərək işdən çıxarıldığını deyib.

Qeyd edək ki, Samanta Vinsent Dieselin istehsal şirkəti olan One Race Films-in meneceridir. Vinsent iddiaya münasibət bildirməyib.

Jonasson Samanta Vinsent və One Race Films şirkətinə qarşı “gender ayrı-seçkiliyi” və “ədalətsiz xitam” kimi ittihamlarla məhkəməyə müraciət edib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az