Praqa Universitetinə hücum zamanı 3 əcnəbi yaralanıb

15:12 - 22 Dekabr 2023

Praqa Universitetinə hücum zamanı 3 əcnəbi yaralanıb

Praqa yerləşən Karlova Universitetinin fəlsəfə fakültəsində baş verən gülləbaran nəticəsində yaralananlar arasında üç xarici ölkə vətəndaşı da var.

 

Manset.az xəbər verir ki, Çexiyanın daxili işlər naziri Vit Rakuşan bu barədə sosial media hesabında yazıb. Yaralanan əcnəbilərdən birinin Niderland, ikisinin isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olduğu bildirilir.

Polşa polisinin məlumatına görə, Çexiyada insanların çox olduğu yerlərin, o cümlədən təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülüb.

Son məlumata görə, Karlova Universitetinin fəlsəfə fakültəsində gülləbaran nəticəsində 14 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yaralılardan 10-nun vəziyyəti ağırdır.

Cinayəti törədən 24 yaşlı tələbə David Kozak hadisə yerində intihar edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az