Azərbaycan əsilli aktyor Türkiyə parlamentində iştirak etdi

15:50 - 22 Dekabr 2023

Azərbaycan əsilli aktyor Türkiyə parlamentində iştirak etdi

Türkiyədə Azərbaycan əsilli tanınmış aktyor Tamer Karadağlı Türkiyə Böyük Millət Məclisində Mədəniyyət və Turizm Nazirliyinin 2024-cü il büdcələrinin müzakirəsini izləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Karadağlı ilə birlikdə müzakirələrdə Dövlət Opera və Baletinin baş direktoru və baş bədii rəhbəri Tan Sağtürk də iştirak edib.

İki sənətçinin şəkli sosial şəbəkələrdə müzakirə mövzusu olub. İkilinin görüntüləri ilə bağlı “Sənətçilər o oturacaqlara çox yaraşdı” kimi şərhlər yazılıb.

Qeyd edək ki, Tamer Karadağlı avqustun 11-də Dövlət Teatrlarının baş direktoru, Tan Sağtürk isə sentyabrın 15-də Dövlət Opera və Baletinin baş direktoru təyin edilib.

Tan Sağtürk ve Tamer Karadağlı Meclis'te bütçe görüşmelerini izledi

Tan Sağtürk ve Tamer Karadağlı Meclis'te bütçe görüşmelerini izledi

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az