Trampın vəkili Culiani müflis oldu

16:57 - 22 Dekabr 2023

Trampın vəkili Culiani müflis oldu

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkili Rudy Culiani məhkəmənin onun ödəyəcəyi təzminat məbləğini açıqlamasından sonra ötən həftə iflas etdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Donald Trampın vəkili Giuliani məhkəmənin ona qarşı “təhqir” ittihamı ilə açılan işdə zərərçəkənlərə təqribən 150 milyon dollar təzminat ödəməyə qərar verməsindən sonra müflis olduğunu elan edib.

ABŞ-da 2020-ci il prezident seçkiləri zamanı Corciya ştatında xidmət edən Ruby Freeman və qızı Vandrea Arşaye Moss, Culiani tərəfindən səslərin hesablanması zamanı Trampa qarşı saxtakarlıqda ittiham edilərək hədəfə alınıb.

Freeman və Moss 2021-ci ilin dekabrında Trampın vəkili Giulianiyə qarşı böhtana məruz qaldıqlarını və həyatlarının təhlükə altında olduğunu bildirərək böhtan iddiası qaldırıblar.

Nyu-Yorkun keçmiş meri Giuliani keçən ay Freeman və Mossun 2020-ci il prezident seçkiləri zamanı seçki bülletenlərinin saxtalaşdırılması ilə bağlı ictimaiyyətə yalan danışdıqlarını etiraf edib, lakin onun sözlərinin ifadə azadlığı ilə qorunduğunu bildirib.

Avqustda məhkəmə təqsirli bilinən Giulianinin təzminat ödəməsi barədə qərar çıxarıb, dekabrın 16-da isə bu məbləğin təxminən 150 milyon dollar olduğu bildirilib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az