“Kiyev danışıqlar aparmaq qabiliyyətində deyil” - Rusiya XİN

07:00 - 25 Yanvar 2024

“Kiyev danışıqlar aparmaq qabiliyyətində deyil” - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi, Kiyev rejiminin İl-76 təyyarəsinə hücumunu “öncədən düşünülmüş addım” adlandırıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında qeyd olunub.

Bildirilib ki, terror aktı Kiyev rejiminin danışıqlar aparmaq qabiliyyətinin olmadığını açıq şəkildə göstərir.

Bəyanatda o da vurğulanır ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ və NATO güclərindən qidalanan cinayətkar rejimi təkcə Rusiya üçün deyil, həm də Ukraynanın özü, onun sadə vətəndaşları və bütün dünya üçün ciddi təhlükədir .


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az