Bu ölkədə ilk dəfə spirtli içki satışına icazə verildi: Yalnız diplomatlara satılacaq

10:23 - 25 Yanvar 2024

Bu ölkədə ilk dəfə spirtli içki satışına icazə verildi: Yalnız diplomatlara satılacaq

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda açılacaq mağazada ilk dəfə spirtli içki satışına icazə verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, satış yalnız qeyri-müsəlman ölkələrin diplomatlarına ediləcək.

NTV-də yayımlanan xəbərə görə, müştərilər alış-veriş etməzdən əvvəl mobil telefonları vasitəsilə qeydiyyatdan keçəcək, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən icazə alınacaq. Müştərilər üçün aylıq kvota müəyyən ediləcək və bu kvotanı aşmaq olmaz.

Spirtli içkilərin satıldığı mağazanın açılması yaxın həftələrdə səfirliklərin yerləşdiyi ərazidə planlaşdırılır. Müsəlmanlara mağazadan alış-veriş etmək qəti qadağan olunacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında spirtli içki içmək qadağandır. Qadağaları pozanlar yüzlərlə şallaq və ya həbslə cəzalandırıla bilər. Lakin islahatlar çərçivəsində son vaxtlar qamçı cəzaları həbs cəzasına çevrilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az