Malidə Koulikoro bölgəsinin cənub-qərbindəki Kanqaba rayonunda qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəni çöküb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həftəsonu baş verən qəza nəticəsində azı 70 nəfərin öldüyü məlum olub.
Mədən Müdirliyinin yüksək rütbəli rəsmisi axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə qeyri-qanuni mədən fəaliyyətlərində belə qəzalar tez-tez baş verir.
Əfsanə
Manşet.az