Qeyri-qanuni qızıl mədəni çökdü - 70 nəfər həyatını itirdi

10:31 - 25 Yanvar 2024

Qeyri-qanuni qızıl mədəni çökdü - 70 nəfər həyatını itirdi

Malidə Koulikoro bölgəsinin cənub-qərbindəki Kanqaba rayonunda qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəni çöküb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həftəsonu baş verən qəza nəticəsində azı 70 nəfərin öldüyü məlum olub.

Mədən Müdirliyinin yüksək rütbəli rəsmisi axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə qeyri-qanuni mədən fəaliyyətlərində belə qəzalar tez-tez baş verir.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az