ABŞ-ın Florida ştatının Nümayəndələr Palatası razılığından asılı olmayaraq, 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini səsə qoyub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səsvermədə 13 “Xeyr” və 106 “Bəli” səsi verilib və qanun layihəsi qəbul edilib.
Hansı sosial media şirkətlərinin bu qadağalardan təsirlənəcəyi ilə bağlı heç bir məlumat yoxdur. Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi aşkarlanan hesabları bağlamağı tələb edir.
Qanun layihəsinin sponsorlarından biri olan Tayler Sirois çıxışında “Sosial media şirkətləri böyüyən uşaqlardan istifadə edirlər. Bu, onların biznes modelidir. Niyə bunu edirlər? Platformasının təqdim etdiyi hər avtomatik oyunda, hər bəyənmədə, hər bildirişdə dopaminlə bağlı uşaqlarımızı qarmaqlarında saxlamaq üçün" deyib.
Sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün Florida qubernatoru Ron DeSantisin təsdiqi tələb olunur.
Digər tərəfdən, Facebook və Instagram da daxil olmaqla bir çox sosial media platformasına ev sahibliyi edən Meta Florida Nümayəndələr Palatasına bu mövzuda qadağa deyil, başqa bir həll tapılması üçün çağırış edib. Açıqlamada deyilir: “Hazırda bir çox gənc part-time iş, ali təhsil, dini görüşlər və hərbi xidmətlər kimi bir çox sahədə məlumat əldə etmək üçün internet və proqramlardan istifadə edir. Yaşı 16-dan az olanların sosial mediadan istifadəsini qadağan etməklə siz gəncləri digər regionlardakı həmyaşıdları ilə müqayisədə əlverişsiz vəziyyətdə olmaq riski ilə üz-üzə qoyursunuz” ifadəsi işlədilib.
Əfsanə
Manşet.az