3 gün əvvəl dünyaya gələn İdo və Yasemin Tatlısəsin əkiz körpələrindən biri əməliyyat olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ürəyində problem olan nəvəsinin səhhətinin yaxşı olduğunu bildirən İbrahim Tatlısəs “Əməliyyat yaxşı keçdi, dualarınız üçün təşəkkür edirəm” deyib.
Qeyd edək edək ki, İbrahim Tatlısəsin müğənni oğlu İdo Tatlısəsin ötən gün İbrahim Ayel və Sinan Emir adlı əkiz körpələri dünyaya gəlib. Müğənni İbrahim Tatlısəs nəvələrindən birinin ürəyində problem olduğunu deyib və yaxınlarından dua istəyib.
Əfsanə
Manşet.az