Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğradığı yerdə raket qalıqlarına bənzər fraqmentlər aşkar edilib.
Manset.az “Qafqazinfo”ya isinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
“Hazırda böyük ərazidə təyyarənin istənilən fraqmentlərinin, metal konstruksiyaların axtarışları həyata keçirilir. Orada təyyarəyə kənar təsirin olduğunu təsdiq edən elementlər aşkar edilib. Onlar ekspertizaya göndəriləcək”, - deyə agentliyin mənbəsi qeyd edib.
Xatırladaq ki, yanvarın 24-ü Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsi qəzaya uğrayıb. Ən son məlumata görə, hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov təyyarənin 3 raketlə vurulduğunu iddia edib. Rusiya təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğunu iddia edir. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolovun sözlərinə görə, təyyarə ya “Patriot”, ya da “IRIS T” zenit-raket komplekslərinin raketləri ilə vurulub. Ukraynanın Təhlükəsizlik Xidməti qəza ilə bağlı cinayət işi başlatdığını açıqlayıb.