Çində yaşayan qadın onunla maraqlanmayan qızlarına unutmayacaqları dərs verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yaşlı qadın 2,8 milyon dollarlıq sərvətini ev heyvanlarına qoyub.
Şanxayda yaşayan Liu adlı qadın övladlarının qocalıqda ona laqeyd yanaşdığını, ev heyvanlarının ona yoldaşlıq və rahatlıq bəxş etdiyini iddia edərək vəsiyyətini dəyişib.
Çində heyvanlara birbaşa vəsiyyətin qarşısını alan qanunlara görə mülkün inzibatçısı olaraq yerli baytarlıq klinikası təyin edilib.
Xəbər Çində ailə dinamikası və miras təcrübələri ilə bağlı müzakirələrə səbəb olub.
Əfsanə
Manşet.az