İsveç Macarıstanın Baş Naziri Orbanın görüş təklifini qəbul edib.
Manset.az İsveç hökumətin internet saytına istinadən xəbər verir.
Saytda dərc olunan xəbərdə qeyd edilir ki, Kristersson İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün onu Budapeştə dəvət etdiyi üçün Orbana təşəkkür edib.
Dəvəti qəbul etdiyini bildirən Kristersson Orbana bunları deyib:
"Sizinlə uyğun vaxtda Macarıstanın paytaxtı Budapeştdə görüşməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) liderlərinin sammitində də görüşmək imkanımız olacaq. İsveçin Macarıstan Parlamentində NATO-ya üzv olması ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcək."
Jalə
Manşet.az