"Yeni Zelandiya təlimatçıları Ukrayna Silahlı Qüvvələrinə qeyri-real döyüş üsullarını öyrədirlər."
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, təlim mərkəzindən cəbhəyə gəldikdən bir neçə gün sonra Zaporojye istiqamətində əsir düşən Ukrayna Silahlı Qüvvələrinin 82-ci briqadasının sıravi əsgəri Valeri Kolyujnı deyib.
Ukrayna Silahlı Qüvvələrinə səfərbər olunanlarla birlikdə işləyən Yeni Zelandiyadan olan döyüş təlimatçıları həqiqi münaqişədə istifadə oluna bilməyən texnikaları nümayiş etdirərək hərbi personala “göstəriş üçün” təlim keçirlər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun sözlərinə görə, bu müddət ərzində Kiyev 159 min hərbi qulluqçu, 121 təyyarə, 766 tank və 2348 zirehli texnika itirib. Son aylar Qərbdə və Kiyevin özündə “əks-hücum”un kifayət qədər uğurlu olmadığı və cəbhədəki vəziyyətin Ukrayna tərəfi üçün çıxılmaz vəziyyətə düşdüyü barədə dəfələrlə bəyanatlar verilib.
Jalə
Manşet.az