Estoniyanın baş naziri Kaya Kallas bildirib ki, ölkə prezidenti Alar Karisin fevralın 24-də Estoniyanın Müstəqillik Günü münasibətilə keçiriləcək qala ziyafətində iştirak etməyəcək.
Manset.az Türk mediasına istinadən xəbər verir ki, buna səbəb dövlət başçısının bütün parlament üzvlərini tədbirə dəvət etməməyi qərara alması olub.
"Mən həmrəylikdən kənara çıxmayacağam. Parlament deputatların xoşuna gəlsə də, gəlməsə də, həm baş naziri, həm də prezidenti seçir”, deyə Kallas bildirib.
Estoniya parlamentinin bəzi deputatları prezident Karisin bu il Müstəqillik Günü münasibətilə keçiriləcək ziyafətə yalnız dövlət qurumlarının rəhbərlərini, komissiya sədrləri və sədr müavinlərini, fraksiya rəhbərlərini dəvət etməsi qərarından narazılıqlarını bildiriblər. Bu o deməkdir ki, əksər deputatlar qala-qəbulda iştirak etməyəcəklər.
Jalə
Manşet.az