Tehranda xəstəxanada güclü yanğın baş verdi

21:00 - 25 Yanvar 2024

Tehranda xəstəxanada güclü yanğın baş verdi

İranın Tehran şəhərində Qandi xəstəxanasının bir neçə mərtəbəsində yanğın baş verib.

 

Manset.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə paytaxtın təhlükəsizlik xidmətinin nümayəndəsi Seyid Cəlal Maleki ISNA agentliyinə məlumat verib.

"Bir neçə dəqiqə əvvəl eyniadlı küçədə yerləşən Qandi Xəstəxanasında yanğın baş verib", - Maleki bildirib.

Onun sözlərinə görə, hadisə yerinə bir neçə yanğınsöndürən maşın gedib.

Yanğının səbəbləri və ölənlər barədə hələlik məlumat verilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az