Bu ölkə Rusiya ilə mümkün müharibəyə qarşı mülki əhaliyə çağırış etdi

10:03 - 26 Yanvar 2024

Bu ölkə Rusiya ilə mümkün müharibəyə qarşı mülki əhaliyə çağırış etdi

Almaniya və İsveçdən sonra Böyük Britaniya da Rusiya ilə mümkün müharibəyə qarşı mülki əhalinin silahlanmasına və öyrədilməsinə çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniya Baş Qərargah rəisi Patrick Sanders Beynəlxalq Zirehli Vasitələr Konfransındakı çıxışı zamanı İngiltərə ordusunun üç il ərzində hazırkı 76 min əsgər sayını 120 minə çatdırmalı olduğunu bildirib.

Lakin bu rəqəmin kifayət etməyəcəyini deyən Sanders, mümkün müharibə vəziyyətində hərəkətə keçmək üçün “vətəndaş ordusu”nun yaradılması lazım olduğunu vurğulayıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az