ABŞ-da məhbus qeyri-insani üsulla edam edildi

10:28 - 26 Yanvar 2024

ABŞ-da məhbus qeyri-insani üsulla edam edildi

ABŞ-ın Alabama ştatında qətl törətdiyinə görə edama məhkum edilən Kennet Eugene Smith adlı məhbus azot qazı ilə zəhərlənərək edam edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu təcrübə dünya tarixində bir ilk kimi qeydə alınsa da, insan hüquqları ilə bağlı müzakirələrə də səbəb olub.

Alabama həbsxanasının sözçüsü Kelly Betts xüsusi maska ​​taxaraq azot qazı ilə nəfəs almağa məcbur edilən Smitin yerli vaxtla saat 20:25-də öldüyünü açıqlayıb.

Qeyd edək ki, “Azot hipoksiyası” kimi tanınan yeni edam təcrübəsi ABŞ-da olduğu kimi dünyada da bir ilk olaraq qeydə alınıb. 1989-cu ildə bir din xadiminin həyat yoldaşı Elizabet Senneti qətlə yetirməkdə təqsirli bilinən 58 yaşlı Smitə verilən ölüm hökmü 2022-ci ildə ölümcül iynə vurularaq icra olunmağa çalışılıb. Lakin Smitin damar yolunu tapmaq mümkün olmadığı üçün edam təxirə salınmışdı.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az