İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 26 min 83 nəfər həyatını itirib, 64 min 487 nəfər isə yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
İsrailin hücumlarında son 24 saatda 183 nəfərin həyatını itirdiyi, 377 nəfərin isə yaralandığı açıqlanıb.
Çox sayda yaralının hələ də dağıntılar altında və yollarda olduğu, təcili yardım və mülki müdafiə qruplarının yaralılara çata bilmədiyi bildirilib.
Əfsanə
Manşet.az