Türkiyənin Milli Müdafiə Nazirliyi "Zeytun budağı" əməliyyatının ərazisinə hücum etməyə çalışan 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.
Manset.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.
"Terrorçular üçün heç bir yer təhlükəsiz deyil. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Zeytun Budağı və Barış bulağı bölgələrində aşkarladıqları 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib" deyə bəyanatda qeyd edilib.
Jalə
Manşet.az