Fransa fələstinli qaçqınlara dəstəyi DAYANDIRDI

07:45 - 29 Yanvar 2024

Fransa fələstinli qaçqınlara dəstəyi DAYANDIRDI

Fransa BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) müvəqqəti olaraq maliyyələşdirməni dayandırıb.

 

Manset.az-ın  məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırmır, vaxtı gələndə BMT və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərini nəzərə alaraq qərar verəcək", - məlumatda deyilir.

2023-cü il üçün Paris UNRWA-ya 60 milyon avro ayırıb.

XİN vurğulayıb ki, BMT agentliyinin əməkdaşlarının HƏMAS-ın fəaliyyətində iştirakı ilə bağlı səslənən məlumatlar ciddidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az