İbrahim Kalın Ərbildə Bərzani ilə görüşdü

22:26 - 28 Yanvar 2024

İbrahim Kalın Ərbildə Bərzani ilə görüşdü

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın Ərbildə görüşlər keçirib.

 

Manset.az  xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

O, İraqın paytaxtı Bağdaddan sonra ölkənin şimalına səfər edib.

İbrahim Kalın Ərbildə Kürdüstan Muxtar Vilayətinin rəsmiləri Məsud Bərzani, Mesrur Bərzani, daxili işlər naziri Reber Əhməd və yerli idarəçilər, millət vəkili Erşat Salih ilə görüşüb.

Görüşlər zamanı bölgədəki hadisələr, ikitərəfli əlaqələr və PKK terroru ilə effektiv mübarizə müzakirə edilib.

Danışıqlar zamanı Türkiyənin terrorla mübarizədə qətiyyəti vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az