İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail döyüş təyyarələri Qəzzanın mərkəzi hissəsindəki Əl-Zəveydə bölgəsində jurnalist İsam əl-Lulunun evini hədəf alıb. Hücumda jurnalist Lulu, əri, oğlu, gəlini və nəvəsi həyatını itirib.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri aylardır hücumlarını davam etdirdiyi Qəzza zolağında 121 jurnalist həyatını itirib.
Əfsanə
Manşet.az