Biznes idarəçiliyi tələbəsi sadə riyaziyyat sualına görə oyunu uduzdu

17:09 - 29 Yanvar 2024

Biznes idarəçiliyi tələbəsi sadə riyaziyyat sualına görə oyunu uduzdu

Məşhur aktyor Kənan İmirzalıoğlunun aparıcılığı ilə “Kim Milyoner Olmak İster” yarışmasına qatılan 24 yaşlı Sena Erol adlı qadın verdiyi cavabla gündəmə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sadə riyaziyyat sualına səhv cavablandıran gənc qadın oyundan məğlub ayrılıb.

İstanbul Universiteti İşlətmə Fakültəsinin son kurs tələbəsi Sena Erolun sadə riyaziyyat sualına cavab verə bilməməsi sosial mediada ən çox baxılan videolardan biri olub. Sena Erol "Rəqəmləri bir-birindən fərqli olan ən kiçik üçrəqəmli tək ədəd hansıdır?" sualına bir qədər düşündükdən sonra C  variantını seçib. Düzgün variant açılmadan cavabını dəyişmək istəyən Erol “son qərarım” dediyi üçün cavabı keçərli sayılmayıb.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az