Qaribaşvili istefa verdi

17:13 - 29 Yanvar 2024

Qaribaşvili istefa verdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Xatırladaq ki, “İmedi” telekanalı ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin namizədliyinin Baş nazir postuna irəli sürüləcəyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, İ.Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.

Onu da qeyd edək ki, Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az