Pasportu oğurlandığı üçün xaricdən Türkiyəyə gələ bilmədiyi üçün Cem Karacanın “Gözyaşları” filminin qala gecəsinə qatıla bilməyən Melisa Aslı Pamuk onu tənqid edən həmkarı İsmail Hacıoğlunu İnstaqramda bloklayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna səbəb Hacıoğlunun qalada jurnalistlərə verdiyi açıqlama olub.
İsmail Hacıoğlu, "Yəni, Fransada "qaçqın" olaraq məskunlaşmayıbsa, gəlməli idi" deyib.
Aktrisa premyera ilə bağlı heç bir paylaşım etməyib və həmkarına cavab verməyib.
Əfsanə
Manşet.az