Türkiyə Bolu Bələdiyyə Başçısı Tanju Özcan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Özcan X media platformasında “İnci Taneleri” serialından məşhur Dilber səhnəsini paylaşıb.
Özcan paylaşdığı videoya "Atamdan qalan tarlanı satdım, sənə Boludan ev aldım. Sizi Türkiyənin ən gözəl şəhəri Boluda gözləyirik" şərhini yazıb.
Bələdiyyə Başçısının paylaşımına çoxlu mənfi şərhlər gəlib.
Video X sosial media hesabında 180 mindən çox baxış yığıb.
Əfsanə
Manşet.az