Barbarlıq tədricən Avropa və Amerikaya keçəcək - Netanyahu

20:00 - 29 Yanvar 2024

Barbarlıq tədricən Avropa və Amerikaya keçəcək - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Qəzza zolağında HƏMAS radikal qruplaşmasına qarşı əməliyyatı başa çatdırmasa, ABŞ və Avropanın təhlükəsizliyi sual altında olacaq. 


Manset.az xəbər verir ki, baş nazir bu barədə "Talk TV"yə müsahibəsində danışıb.

Onun fikrincə, Yaxın Şərqdə barbarlıq qalib gəlsə, o zamanla Avropa və Amerikaya da keçəcək: 

"Biz Qəzzada qalib gəlməli və tam qələbə qazanmalıyıq. HƏMAS-ı belə buraxmaq olmaz.

Baş nazirin fikrincə, Qərb Fələstin anklavında baş verənlərə kiçik atışma və İranın şər oxunu cəlb edən ciddi qarşıdurma kimi baxmalıdır. O vurğulayıb ki, əgər beynəlxalq ictimaiyyət ictimai təzyiqlərə tab gətirə bilməsə, o zaman yəhudi dövləti təkbaşına hərəkətə keçəcək.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv