İsrail Suriyada İranı vurdu: 7 ölü - VİDEO

20:10 - 29 Yanvar 2024

İsrail Suriyada İranı vurdu: 7 ölü - VİDEO

İsrail Suriyada İranı növbəti dəfə vurub.

 

Manset.az xəbər verir ki, hücum Suriyanın paytaxtı Dəməşqdə Seyyidə Zeynəbin türbəsi yaxınlığında olub.

Hücum nəticəsində 7 nəfər həyatını itirib.

Suriyada yerləşən insan haqlarının monitorinqi təşkilatının rəhbəri qeyd edib ki, bölgədə vurulan baza İran İnqilab Keşikçiləri Korpusu və Hizbullaha məxsusdur. Hücumda ölənlərin əksəriyyətinin İranın dəstəklədiyi təşkilatların üzvləri olduğu qeyd edilib.

İranın dövlət agentliyi Tasnim, hücumda İran rəsmilərinin və Suriya vətəndaşlarının həyatını itirdiyini, lakin Hizbullah üzvlərindən heç birinin zərər çəkmədiyini bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az