Ermənistan aviaşirkəti Rusiyaya uçuşları dayandırdı

23:13 - 29 Yanvar 2024

Ermənistan aviaşirkəti Rusiyaya uçuşları dayandırdı

Ermənistanın “Fly Arna” aviadaşıyıcısı Rusiyaya uçuşları dayandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

“Fly Arna” aviaşirkətinin uçuşları davam edən əməliyyat dəyişiklikləri səbəbindən hazırda dayandırılıb. Aviaşirkət sərnişinlərinə xidmətləri mümkün qədər tez bərpa etməyə çalışır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında təsis edilib. O, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın dövlət maraqları fondu tərəfindən təsis edilib. Aviaşirkət Rusiyaya uçuşlar həyata keçirirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az