“İl-76 havada vurulub” - TASS

13:02 - 30 Yanvar 2024

“İl-76 havada vurulub” - TASS

“Rusiyanın Belqorod vilayətində qəzaya düşən İl-76 təyyarəsinin “qara qutu”ları nəqliyyat vasitəsinin kənar təsirlərə məruz qaldığını təsdiq edir”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı güc strukturlarındakı mənbəyə istinadən TASS yayıb. 

“Qara qutu”ların məlumatları İl-76-nın qəzaya uğraması ilə bağlı bütün mümkün versiyaları istisna edir və təyyarənin kənar təsirə məruz qaldığını, daha dəqiq desək, havada vurulduğunu təsdiq edir. Hər şey aydındır”, - deyə mənbə qeyd edib. 

Bununla yanaşı, “qara qutu”ların məlumatlarının araşdırılması davam etdirilir.

Xatırladaq ki, yanvarın 24-ü Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsi qəzaya uğrayıb. Ən son məlumata görə, hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov təyyarənin 3 raketlə vurulduğunu iddia edib. Rusiya təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğunu iddia edir. Yanvarın 25-i isə təyyarənin hər iki “qara qutu”su aşkar edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az