Məşhur filmdəki simvolik qırmızı ayaqqabıları oğurlayan şəxsin cəzası bəlli oldu

13:27 - 30 Yanvar 2024

Məşhur filmdəki simvolik qırmızı ayaqqabıları oğurlayan şəxsin cəzası bəlli oldu

ABŞ Prokurorluğu dünən keçirilən məhkəmə iclasında “Oz sehrbazı” filmində Cudi Qarlandın geyindiyi simvolik qırmızı ayaqqabını oğurlayan 76 yaşlı amerikalı Terri Con Martinin sağlamlıq vəziyyətini nəzərə alaraq ayaqqabıların sərgiləndiyi “Cudi Qarland Muzeyi”nə 23500 dollar cərimə ödəməsinə qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sənət əsəri olan bu ayaqqabılardan dünyada cəmi 4 ədəd var.

Qeyd edək ki, Cudi Qarlandın “Oz sehrbazı” filmində geyindiyi qırmızı ayaqqabılar 2005-ci ildə sərgiləndikləri “Cudi Qarlend Muzeyi”ndən oğurlanıb. FTB ayaqqabıları 2018-ci ildə keçirdiyi əməliyyat zamanı tapdıqlarını açıqlayıb. 2023-cü ilin oktyabrında təqsirkar Terri Con Martin günahını etiraf edib. Lakin məhkəmə Martinin səhhətinin pis olduğu üçün onu həbslə cəzalandırmamağa qərar verib və işi təxirə salıb.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az