Gökay Kalaycıoğlunun təqdimatında Haberler.com-un YouTube kanalında yayımlanan “Haber Bahane” proqramının bu həftəki qonağı türkiyəli aparıcı Bircan Balı olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bircan Bali “Söylemezsem Olmaz” verilişində birlikdə çalışdığı və mübahisəli şəkildə ayrıldığı həmkarı Seren Serengil haqqında şok açıqlamalar verib.
Bircan Bali Serengili hədəfə alaraq “Serendə məntiq sıfır, başı işləmir. Məni təhqir etməsəydi, belə olmazdı” deyib.
Seren Serengillə niyə yola getmədiz? sualına bağlı başına gələnləri danışan Bali "Bu, çox yanlış sualdır. Biz həmişə yola getmişik. Seren Serengil ürəyi ağzında doğulmuş biridir. Onu məntiqinizlə heç nə etməyə məcbur edə bilməzsiniz. Serendə məntiq sıfır. Məntiqsizdir... Yalnız Serenin ürəyi işləyir, başı işləmir. Ağlının işlədiyi yerlərdə çaşbaş qalır. Qarşısında ağıllı birini görəndə də heyrətə gəlir. Mən ağıllı biriyəm. Emosiyalarımı geriyə atmış biriyəm. Məncə, Serenə mənimlə bağlı daha qəlbinin işləməməsi gərəkdiyini söylədilər” ifadələrini işlədib.
Əfsanə
Manşet.az