Dünyada alimlərin müəyyən edə bilmədiyi fövqəlgüclərə sahib insanların olduğunu bilirdinizmi?
Manset.az xarici mediaya istinadən həmin insanlar haqqında bir neçə nümunə təqdim edir:
Vyetnamlı fermer Thai Ngoc 50 ildir yatmadığını iddia edib. Niyə yata bilmədiyi ya da yorğunluq hiss etdiyi barədə heç bir fikri olmayan Thai Ngoc kifayət qədər düyü şərabı içsə, bir-iki saat yuxuya gedə biləcəyini deyib. Bundan başqa, heç yata bilmir.
Amerikalı Ben Undervod cəmi 3 yaşında olarkən xərçəng xəstəliyinə görə hər iki gözünü çıxartmalı olub. Bir il sonra anasının idarə etdiyi maşında olarkən yanından keçdikləri böyük binanın nə olduğunu soruşub. Gözləri görmədiyi halda o, binanın formasını canlandıra bilib. Ben Undervod yeniyetməlik illərini dəyənək və bələdçi it olmadan keçə bilib. Təkbaşına asanlıqla gəzə və velosiped sürüb. Ben Undervod, yarasalar kimi ağzı ilə səslər çıxararaq və geri dönən səs dalğaları ilə ətrafını hiss edib. Alimlər çox gənc yaşda görmə qabiliyyətini itirdiyi üçün onun eşitmə qabiliyyətinin həddindən artıq inkişaf etmiş ola biləcəyini bildiriblər. Təəssüf ki, Ben Undervod 16 yaşında gözlərini itirməsinə səbəb olan xərçəngin qayıtması səbəbindən vəfat edib.
Hindu din xadimi Prahlad Jani 70 ildən çox su içmədən yaşadığını iddia edərək, damağındakı dəlikdən suyu əmməyi bacardığını deyib. 2010-cu ildə Hindistanın Əhmədabad şəhərindəki Sterlinq xəstəxanasının həkimləri Prahlad Canini 2 həftə müayinə ediblər. Qoca bu müddət ərzində bir dəfə də olsun yemək yeməyib, su içməyib, ancaq qarqara edib. O, bu təcrübə zamanı ümumiyyətlə tualetə getməyib. Həkimlər bu vəziyyətin normal insanda dializ ehtiyacı ilə nəticələnəcəyini bildiriblər. Prahlad Jani 2020-ci ildə 91 yaşında vəfat edib.
Rusiyalı Nataşa Demkina rentgen aparatları kimi insanların içini görə bildiyini iddia edib. Nataşa Demkina adlı həkim, fövqəlbəşər qabiliyyətindən istifadə edərək, tibbi şərtlərə diaqnoz qoyur və real vaxt rejimində dərmanların təsirini görüb. Bu istedadı sayəsində gənc qadın bir çox xəstələrinə erkən diaqnoz qoyub.
Hollandiyalı Wim Hof (64) uzun müddət soyuğa tab gətirmək qabiliyyətinə görə bir çox dünya rekordlarına sahibdir. Altı uşaq atası soyuq havalara qarşı rekord qıran dözümlülüyü sayəsində meqastar statusu qazanıb. Wim Hof şort ilə donmuş Kilimancaro dağına çıxıb, 112 dəqiqə buz kublarının içində dayanıb və qarda ayaqyalın marafon qaça bilib.