Putin 6 ilə 67 milyon qazandı

16:52 - 30 Yanvar 2024

Putin 6 ilə 67 milyon qazandı

Rusiya Prezidenti Vladimir Putinin son 6 il ərzində gəlirləri 67 milyon 591 875 rubl (təqribən 755 min dollar) təşkil edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiyada prezidentliyə namizəd kimi qeydə alınan Putinin ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim edilən bəyannaməsində bildirilib.

Bəyannamədə Putinin sahib olduğu əmlak olaraq Sankt-Peterburqda 77 kvadrat metr sahəsi olan 1 mənzil və 18 kvadrat metrlik 1 qaraj, 3 minik avtomobili də qeyd olunub. 

Bununla yanaşı, Rusiya liderinin banklarda 10 hesabı mövcuddur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az