Baydenə qarşı çıxan ştatın nəyə güvəndiyi bəlli oldu

17:21 - 30 Yanvar 2024

Baydenə qarşı çıxan ştatın nəyə güvəndiyi bəlli oldu

Texas qubernatoru Greg Abbotun ABŞ Ali Məhkəməsinin ləğv qərarına baxmayaraq, Meksika sərhədinə tikanlı məftil çəkməyə davam edəcəyini açıqlamasından sonra başlayan gərginlik davam edir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hökumətə qarşı iqtisadiyyatına güvənən, ABŞ-ın ən böyük neft istehsalçısı olan Texas 2022-ci ildə 1,8 milyard barel xam neft hasil edib.

ABŞ federal qurumlarına meydan oxuyan ştatda qeyri-qanuni mühacirlərin işçi qüvvəsində oynadığı rol diqqət çəkib.

2023-cü ilin iyul məlumatlarına görə, 30 milyon əhalisi olan Texasda immiqrant əhalisi 4,9 milyon nəfərdir.

 Beləki, Meksika-Texas sərhədini təşkil edən Rio Grande çayının dayaz ərazilərindən keçən qeyri-qanuni mühacirlərin bəziləri tikanlı məftillərə və sərhəd patrullarına baxmayaraq ABŞ ərazisinə keçə bilirlər.

Daha yaxşı həyat şəraiti əldə etmək və ABŞ-dan humanitar sığınacaq istəmək üçün Meksikanın Syudad Xuares şəhərinə gələn miqrantlar Rio Qrande çayı vasitəsilə ABŞ sərhədinə çatmağa çalışırlar.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az