ABŞ-nin ardınca Britaniya da təyyarədaşıyan gəmisini Qırmızı dənizə göndərir

09:53 - 31 Yanvar 2024

ABŞ-nin ardınca Britaniya da təyyarədaşıyan gəmisini Qırmızı dənizə göndərir

Böyük Britaniya Yəmənin “Ənsar Allah” hərəkatı ilə mübarizə aparmaq məqsədilə iki təyyarədaşıyan gəmisindən birini Qırmızı dənizə göndərməyi düşünür.

 

Manset.az xəbər verir ki, bu açıqlama ilə Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi çıxış edib.

C.Hippinin sözlərinə görə, Britaniya təyyarədaşıyan gəmisi döyüş patrul bölgəsində Amerikanın “Dwight D. Eisenhower” aviadaşıyıcısını əvəz edə bilər.

O əlavə edib ki, ABŞ təyyarədaşıyan gəmisi bölgədə çox qala bilməz, buna görə də Britaniyanın təyyarədaşıyan gəmiləri lazım gəlsə, Amerikanın əvəzinə döyüş patrul xidmətini aparsın.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az