Putinin sərvəti açıqlandı

10:41 - 31 Yanvar 2024

Putinin sərvəti açıqlandı

Rusiya Mərkəzi Seçki Komissiyası mart ayında keçiriləcək prezident seçkilərində yenidən namizəd kimi iştirak edəcək Rusiya Federasiyasının prezidenti Vladimir Putinin aktivlərini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin Sankt-Peterburqda 78 kvadratmetrlik mənzili və həmin şəhərdə 18 kvadratmetrlik qarajı var.

Putinin 1960 model GAZ M21, 1965 model GAZ M21 və 2009 model Niva markalı avtomobilləri də olduğu halda, Rusiya liderinin 10 müxtəlif bank hesabında cəmi 54,4 milyon rubl (təxminən 606 min dollar) var.

Sankt-Peterburq Bankında da 230 səhm sahibi olan Putin, 2018-ci ildən başlayan prezidentlik dövrünü əhatə etməklə, son 6 ildə 67 milyon rubldan çox gəlir əldə edib.

Ölkənin Federasiya Şurası 2023-cü ilin dekabrında prezident seçkilərinin 2024-cü il martın 15-17-də keçirilməsi barədə qərar qəbul edib.

Putinin namizədliyi dünən Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az