Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 ildən sonra fevralın 14-də Misirə səfəri gözlənilir.
Manset.az-ın Türkiyə rəsmilərinə əsaslanaraq xəbər verir ki , Ərdoğanın Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşləri zamanı Qəzzaya yardımların çatdırılması və bölgədə müharibənin dayandırılması üçün atılacaq addımları müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Ərdoğan 11 noyabr 2023-cü ildə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında iştirak etdiyi Ərəbistanın paytaxtı Ər-Riyadda Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Jalə
Manşet.az