Məşhur reper ailəsini məhkəməyə verdi

10:18 - 01 Fevral 2024

Məşhur reper ailəsini məhkəməyə verdi

Sansar Salvo kimi tanınan məşhur reper Ekincan Arslan ailəsindən Ədliyyə Nazirliyinə şikayət etdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, son aylar intihara cəhd edərək pərəstişkarlarını qorxudan reper sosial media X hesabında dəfələrlə paylaşımlar edərək yerləşdiyi ruhi xəstəxanada təhdid edildiyini, kamera qeydlərinin yoxlanılmasını istədiyini bildirib.

Ailəsinin vəkil şəxsiyyətləri ilə qeydlərini və bank hesablarını qanunsuz yolla əldə etdiyini deyən reper paylaşımında bunları qeyd edib:

" Yumşaq otaqda daha uzun müddət bağlı qalmaq təhdidləri ilə qollarım ağrılı şəkildə bükülərək yatdığım xəstəxananın kamera qeydlərinin və mümkünsə yoxlanılmasını istəyirəm. Səhiyyə Nazirliyinə ərizə da yazacağam. @saglikbakanligi".

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az