Atasının qanuni qızından əldə etdiyi DNT ilə milyarder Lamborghini ailəsinin üzvü oldu

10:57 - 01 Fevral 2024

Atasının qanuni qızından əldə etdiyi DNT ilə milyarder Lamborghini ailəsinin üzvü oldu

İtaliyada lüks idman avtomobil markası Lamborghininin sahibi olan Lamborghini ailəsi qeyri-qanuni uşaq qalmaqalı ilə problem yaşayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Neapoldan olan 35 yaşlı Flavia Borzone adlı bir qadın məhkəməyə müraciət edərək Lamborghini ailəsinin üzvü olduğunu deyib. Borzone məhkəməyə verdiyi ifadəsində opera müğənnisi olan anası Rosalba Colosimo ilə şirkətin qurucusu Ferruccio Lamborghininin oğlu Tonino Lamborghinin yaşadığı münasibətdən doğulduğunu bildirib.

Tonino Lamborghini bu iddianı rədd edib. Bundan sonra Lamborghini ailəsinin üzvü olduğunu iddia edən bir qadın, xüsusi bir detektiv tutaraq Lamborghininin qanuni qızlarından biri, müğənni və influencer Elettra Lamborghinidən DNT nümunəsi əldə edib.

İddialara görə, dedektiv müğənninin soyuq kofe içmək üçün istifadə etdiyi çöpü ələ keçirib və DNT testi aparılıb. Borzonun vəkili Sergio Culiersi, testin Borzone və 29 yaşlı Elettra Lamborghininin eyni ataya sahib olduğunu "100 faiz" sübut edib.

Borzone atası olduğunu iddia etdiyi Lamborghinidən heç bir pul tələb etməyəcəyini bildirib.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv