Meta, X, TikTok, Snapchat və Discord sosial media proqramlarının rəhbərləri ABŞ Senatında “sosial media platformalarında uşaqlara qarşı cinsi istismar” mövzusunda keçirilən dinləmələrdə ifadə veriblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, META-nın baş direktoru Mark Zukerbeq sessiyanın sonunda üzr istəməli olub.
Smartfonların geniş yayılması ilə insanların həyatlarının və sosial həyatlarının dəyişdiyini vurğulayan Durbin, sosial media tətbiqlərinin "pis niyyətli insanlara uşaqları cinsi istismar etmək üçün güclü yeni vasitələr təqdim etdiyini" ifadə edib.
Texnologiya şirkəti rəhbərlərinin hər birinin uşaqları onlayn qorumaq üçün gördüyü tədbirləri izah etdiyi açılış nitqlərindən sonra açıqlamalar verilib.
Əfsanə
Manşet.az