Türkiyədə zəlzələ zamanı ziyan dəyən 2 mərtəbəli ev çökdü - FOTO

13:06 - 01 Fevral 2024

Türkiyədə zəlzələ zamanı ziyan dəyən 2 mərtəbəli ev çökdü - FOTO

Türkiyənin Şanlıurfa vilayətinin Bozova məhəlləsində ikimərtəbəli ev çöküb.

 

Manset.az xəbər verir ki, nəticədə iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Səhərə yaxın baş verən hadisə ilə əlaqədar bölgəyə çox sayda fövqəladə hallar, xilasetmə, sağlamlıq və jandarm qrupları cəlb edilib.

Çökən evə keçən il fevralın 6-da baş verən zəlzələ zamanı orta dərəcədə ziyan dəydiyi məlum olub.

Hadisə ilə bağlı istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az