Dünyada nüvə müharibəsi baş verəcəyi təqdirdə 1,2 milyard insanın həyatını xilas edə biləcək yeni qida mənbəyi kəşf edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ətraf mühit üzrə alim Dr. Florian Ulrich Jeh deyir ki, yosun istehsalı üçün Kolumbiya ölçüsündə bir okean sahəsi lazımdır.
Alimlər bildiriblər ki, ağlabatan büdcə ilə hər il yer səthində 33 ton qurudulmuş dəniz yosunu yetişdirilə bilər.
Nüvə mühitində qış şəraitində yetişdirilə bilən dəniz yosunu alternativ qida mənbəyinə çevrilə bilər. Alimlər iddia edirlər ki, asteroidin böyük zərbəsindən tutmuş vulkan püskürməsinə, regional məhsul çatışmazlığına və ya yerli quraqlığa qədər hər şey oxşar dəniz yosunu əkinçilik proqramı ilə kompensasiya edilə bilər.
Lakin tədqiqatçılar insanların hər yeməkdə duzlu, yaş dəniz bitkiləri yediyi gələcəyi təsəvvür etməkdə çətinlik çəkirlər. Dəniz yosunlarının tərkibində olan yodun insanlar üçün də zəhərli ola biləcəyi iddia edilir.
Əfsanə
Manşet.az