Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyada əmək düşərgələrində çəkilmiş gizli görüntülər üzə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yayımlanan sənədli filmdə Şimali Koreyalıların işgəncələrə məruz qalaraq öldürüldüyü anlar anbaan lentə alınıb.
Kim Çen In rejiminin nə qədər irəli gedəcəyini çatdıran sənədli filmdə qaçmağa cəhd zamanı saxlanılan, doqquz ay işgəncələrə məruz qaldığını deyən şəxs 35 kiloqrama düşənə qədər ac qaldğını bildirib.
Adı açıqlanmayan şəxs sırf işgəncələrə son vermək üçün casus olmasa da, xarici kəşfiyyatçı olduğunu söyləyib. Bundan sonra onu ağacları kəsmək üçün düşərgəyə aparıblar.
Sənədli filmdə diqqət çəkənlərdən biri də Şimali Koreyadan qaçmaq istəyənlərə kömək edən və Cənubi Koreyanın paytaxtı Seulda yaşayan keşiş Pastor Kim Seongeun olub. Keşiş bir çox insanın qaçmasına kömək etdiyini söyləyib. Bildirilib ki, qaçqınların əksəriyyəti Cənubi Koreyaya birbaşa keçməyib, çünki Kim Çen In sərhəddə iki milyon mina yerləşdirib. Qaçqınların Çinlə sərhədi təşkil edən Yalu və ya Tümen çaylarından keçdiyini bildirib.
20 il əvvəl Şimali Koreyadan qaçmağı bacaran Hyeonseo Li adlı gənc qadın ölkəni tərk etdikdən sonra hər şeyi anladığını bildirib. Li, "Ölkədən qaçanda Şimali Koreyanın nə qədər zalım bir rejim olduğunu anladım. Sanki biz utopiya içində yaşayırıq kimi təbliğat aparırdılar" deyib.
Əfsanə
Manşet.az