ABŞ-dan İrana cavab - Döyüş gəmisi ilə PUA-ları məhv etdilər

14:32 - 01 Fevral 2024

ABŞ-dan İrana cavab - Döyüş gəmisi ilə PUA-ları məhv etdilər

ABŞ-nin hərbi gəmiləri İranın 3 pilotsuz uçuş aparatını və Yəmənin Tehran dəstəkli husi üsyançıları tərəfindən atılan ballistik raketi vurduğu bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ABŞ ordusu açıqlama verib.

Xatırladaq ki, İordaniyadakı ABŞ bazasına İranın dəstəklədiyi silahlı qruplar PUA-larla hücum etmiş, 3 ABŞ əsgəri həyatını itirmiş, 25 ABŞ əsgəri yaralanmışdı. Hücumla bağlı açıqlamasında ABŞ prezidenti qisas alacağına söz verərək "Şübhəsiz ki, bütün məsuliyyət daşıyanları özümüz seçdiyimiz vaxt və şəkildə hesaba çəkəcəyik" demişdi.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az