ABŞ-da yaşayan sosial media fenomeni 33 yaşlı Hannah Neeleman səkkizinci övladını dünyaya gətirdikdən iki həftə sonra gözəllik yarışmasına qatılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçmiş balerina olan Neeleman, müsabiqə kraliçasından daha çox sosial media ulduzu kimi tanınır.
Sosial mediada 8,7 milyon izləyicisi olan Neeleman ailəsi ilə birlikdə Solt Leyk Sitidən 30 mil aralıda yerləşən fermada yaşayır.
Neeleman bildirib ki, səhnədə bir az qanaması olduğuna baxmayaraq podiumda gözəlliyi ilə öyünməyə hazırdır.
O, açıqlamasında "Bir çoxumuzun övladı var və məncə, yeni uşağım olub deyə utanmağa ehtiyac yoxdur. Məsələn, tamamilə düz bir qarına sahib ola bilməyəcəyəm” deyib.
Əfsanə
Manşet.az