Hindistanda 103 yaşlı kişinin 49 yaşlı qadınla evlənməsi sosial mediada trend mövzusuna çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 103 yaşlı Həbib Nəzər 49 yaşlı Firoz Cahan ötən ildən evli olsa da, onların toyu bu ay internetdə yayılıb.
Videoda Nazar və həyat yoldaşı mərasimdən sonra evə qayıdarkən görünür.
103 yaşlı Nəzər 2 arvadı həyatdan köçdükdən sonra özünü yalnız hiss etdiyini deyib.
Cahan isə həyat yoldaşının özünü tamamilə yaxşı hiss etdiyini və heç bir sağlamlıq problemi olmadığını bildirib.
Əfsanə
Manşet.az