Ukrayna Rusiyanın raket katerini batırıb - VİDEO

17:20 - 01 Fevral 2024

Ukrayna Rusiyanın raket katerini batırıb - VİDEO

Ukrayna Baş Kəşfiyyat idarəsinin “Group 13” adlı xüsusi bölmələrinin döyüşçüləri Rusiyanın Qara dəniz donanmasına məxsus “İvanovets” raket katerini batırıblar.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Kəşfiyyat idarəsi yayıb. 

Hadisənin yanvarın 31-dən fevralın 1-nə keçən gecə Rusiya tərəfindən ilhaq olunan Krımda Donuzlav gölündə baş verdiyi bildirilir. 

Korpusuna endirilən birbaşa zərbələrdən sonra katerə zərər dəyib və daha sonra batıb. Məlumata görə, rusiyalı hərbçilərin Donuzlavda həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları nəticə verməyib. 

Baş Kəşfiyyat idarəsi “İvanovets”in qiymətinin təqribən 60-70 milyon dollar olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az